• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Qarabağ” bizdən yaxşı idi” - “Ferentsvaroş”un kapitanı

İDMAN

10 Avqust 2022 | 15:31

“Qarabağ” bizdən yaxşı idi” - “Ferentsvaroş”un kapitanı

“Ferentsvaroş”un futbolçusu Dibus Deneş Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan sonra fikirlərini bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, macarıstanlı qapıçı 1:3 hesabıyla məğlub olduqları görüşlə bağlı bunları deyib: “Nəticəni dəyişmək olmur. Əsəbi olsaq da, əlimizdən bir şey gəlmir. İlk hissədə qol imkanlarımız oldu. Hesabı bərabərləşdirmək vacib idi, ancaq qol vura bilmədik. Qol vura bilsəydik, oyunun mənzərəsi başqa olardı. Hər iki hissəyə pis başladıq. “Qarabağ” daha yaxşı idi və mərhələ adladı. Bu oyun göstərdi ki, hələ Çempionlar Liqasında oynamağa hazır deyilik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026