• Bakı 8° C

    0.47 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Qarabağ” alqışa layiqdir” – Patrik Şik

İDMAN

15 Mart 2024 | 10:05

“Qarabağ” alqışa layiqdir” – Patrik Şik

Azərbaycan komandası alqışa layiqdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniyanın “Bayer 04” klubunun futbolçusu Patrik Şik “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

“Report” xəbər verir ki, 2 qol vuraraq qarşılaşmanın qəhrəmanı olan çexiyalı hücumçu əlavə edilmiş dəqiqələrdə dubla imza atdığı üçün xoşbəxt olduğunu bildirib.

Şik ağır mübarizə getdiyini bildirib: “Çətin, həyəcanlı oyun oldu. “Qarabağ” Bundesliqadakı rəqiblərimizlə müqayisədə tam fərqli üslubda oynayır. Bu, işimizi çətinləşdirdi. Ancaq qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Bu, təsadüf deyil. Cari mövsüm artıq dörd və ya beşinci dəfədir ki, bu formada geridönüş edirik. İnanılmaz dərəcədə komanda ruhumuz var. Son dəqiqədə vurulan həlledici qol həmişə emosionallıq gətirir. Eyni formada davam etməliyik”.

Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” 1/4 finala adlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026