• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ Azərbaycandır" - İtaliyalı milyonçu bloqer - VİDEO

CƏMİYYƏT

12 Avqust 2023 | 10:20 | Müəllif: Qalib İbrahimoğlu

"Qarabağ Azərbaycandır" - İtaliyalı milyonçu bloqer - VİDEO

Son zamanlar Azərbaycan manhıları da daxil olmaqla müxtəlif milli musiqilərin sədaları altında rəqs edərək sosial şəbəkələrdə məşhurlaşan italiyalı bloqer və milyonçu Alessandro Karuso Bakıya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı tiktok fenomeni “Moskva-Baku” portalına müsahibəsində deyib.

A.Kruso sentyabrda Azərbaycana gəılməyi planlaşdırır: “Sentyabr ayında Azərbaycana səfər etməyə ümid edirəm. Orada bu yaxınlarda internet vasitəsilə tanış olduğum dostum var. Məni ölkəsinə o dəvət edib. Bu xoş bir səfər olacaq”.

Bir milyondan çox izləyicisi olan bloqer bu yaxınlarda “Noldu Paşinyan” mahnısına rəqs etməsindən də danışıb. O, sözügedən mahnını Nikol Paşinyanın kim olduğunu bilmədən seçdiyini desə də, Qarabağın Azərbaycan torpağı olduğunu yaxşı bildiyini vurğulayıb: “Azərbaycan mənim üçün superölkədir, orada gözəl insanlar var. Mən Azərbaycanı sevirəm. Heç mahnıda adı çəkilən Paşinyanı tanımıram. Bilirəm ki, Qarabağ Azərbaycandır”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR