• Bakı 16° C

    13.45 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

"Qarabağ" Bakıya qayıtdı

CƏMİYYƏT

18 Iyul 2024 | 14:45

Qarabağ Bakıya qayıtdı

"Qarabağ"  təlim-məşq toplanışını başa vuraraq Vətənə dönüb.

Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "köhlən atlar" iyulun 5-dən 17-dək Avstraliyada təşkil edilmiş təlim-məşq toplantısında iştirak ediblər.

Klub bu gün Bakıya qayıdıb.

Ağdam təmsilçisi yeni mövsümə hazırlıq prosesində dörd yoxlama oyunu keçirib. “Qarabağ” üç qələbə qazanıb və bir məğlubiyyət alıb.

Qeyd edək ki, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”a (Cəbəllütariq) qarşı keçirəcəyi matçlara hazırlığı Bakıda davam etdirəcək. Rəqiblə ilə ilk görüş iyulun 23-də səfərdə, cavab qarşılaşması 30-da Bakıda keçiriləcək.


SON XƏBƏRLƏR