• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qarabağ erməniləri Bakıya gəlməyə qorxdular

CƏMİYYƏT

14 Mart 2023 | 17:01

Qarabağ erməniləri Bakıya gəlməyə qorxdular

Azərbaycan Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.

Bakıvaxtı.az “Armenpress”ə istinadən xəbər verir ki, Qarabağda yaşayan ermənilərin qondarma “XİN”i sözügedən bu təklifə cavab verib. 

Məlumatda belə bir görüşün mümkün olduğu bildirilsə də, danışıqların yalnız rusiyalı sülhməramlıların vasitəçiliyi ilə və martın 1-i görüşün baş tutduğu yerdə keçirilməsini istəyiblər. 

Bununla yanaşı, Qarabağ erməniləri danışıqlar zamanı texniki-infrastruktur və digər humanitar məsələləri müzakirə edəcəklərini vurğulayıblar. 

Xatırladaq ki, Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. Bu məqsədlə martın 1-də Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026