• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

“Qarabağ”  klubdan ayrılan fotoqrafla görüşdü

CƏMİYYƏT

28 Fevral 2023 | 16:13

“Qarabağ” klubdan ayrılan fotoqrafla görüşdü

“Qarabağ” rəhbərliyi işdən çıxarıldığı deyilən fotoqraf Elmir Kərimovla görüşüb. “Qafqazinfo” xəbər verir ki, o, ötən gün klubun ofisinə dəvət edilib. 

Bakıvaxtı.az xəbər verir ki, E.Kərimovla görüşdə məsələyə aydınlıq gətirilib və arada anlaşılmazlıq olduğu bildirilib.

Açıqlama verən fotoqraf özü də məlumatı təsdiqləyib. O bildirib ki, klub rəhbərliyi ilə görüşdə məsələlərə aydınlıq gətirilib: “Yenidən işə qayıtmaq təklif olundu. Bununla bağlı qərarımı yaxın günlərdə verəcəm”. 

Qeyd edək ki, Elmir Kərimov bir neçə gün öncə matçlardan çəkiliş üçün ona verilən 100 manatlıq qonorarın 50 manata endirilməsindən sonra klubdan ayrıldığını bildirmişdi. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026