• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qarabağ minalarla doludur: Ermənilərin köçünün sirri

GÜNDƏM

06 Oktyabr 2023 | 09:22 | Müəllif: Qalib İbrahimoğlu

Qarabağ minalarla doludur: Ermənilərin köçünün sirri

"Qarabağda erməni sakinlərin Azərbaycan ictimaiyyətinə reinteqrasiya prosesi davam edir".

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Fuad Abbasov deyib.

Ekspert diqqətə çatdırıb ki, müvafiq qurumların nümayəndələri erməni sakinlərinin yaşadıqları Xankəndi və digər rayonlarda fəal işləyirlər. F.Abbasov deyib ki, əlbəttə, Qarabağda yaşayan ermənilərlə Azərbaycanın digər bölgəsində yaşayan insanlar arasında hansısa fərq, yaxud üstünlük olmamalıdır və olmayacaq.

“Onu da nəzərə alaq ki, reinteqrasiya prosesinə qarşı çıxan, gedişatı pozmağa çalışan dairələr var və onlar hər an təxribatlar törədə bilərlər. Hətta terror aktları həyata keçirə, partlayıcı qurğuları da işə sala bilərlər” deyən müsahibimiz əmindir ki, ermənilərin qoyub getdikləri yerlərdə, evlərdə, iş ofislərində, ticarət obyektlərində mütləq tələ minalar, hansısa partlayıcı qurğular quraşdırılıb. Bu tələ minalar öz qurbanlarını gözləyir. Əlbəttə, tələ minaların qurbanları erməni sakinlərin özləri də ola bilər.

Fuad Abbasov: Qarabağı tərk edən ermənilərin arasında da təxribat xarakterli fəaliyyət mümkündür

Onun sözlərinə görə, bundan əvvəl ermənilər torpaqlarımızı tərk etdikdən sonra bəlli oldu ki, ərazilərimizdə 1 milyona yaxın mina basdırıblar: “Qarabağı tərk edən ermənilərin arasında da təxribat xarakterli fəaliyyət mümkündür. Məqsəd reinteqrasiya prosesinə mane olmaqdır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026