“Qarabağ” və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək yoldaşlıq görüşünün biletləri sabahdan etibarən satışa çıxarılacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Bildirilir ki, biletlər sabah saat 11:00-dan başlayaraq kassalarda olacaq.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları
Iticket.az-ın satış məntəqələri.
“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.
Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.
Qeyd edək ki, sözügedən oyun martın 26 mart saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.



jpg-1681451837.webp)




jpg-1681391922.webp)
jpg-1681386061.webp)
jpg-1681374519.webp)





