• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qarabağda aşkarlanan meyit qalıqları ilə bağlı RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

09 Aprel 2022 | 10:56 | Müəllif: Subhan Mahmudov

Qarabağda aşkarlanan meyit qalıqları ilə bağlı RƏSMİ AÇIQLAMA

"I Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə vətəndaşlarımızın meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi prosesi davam edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, müayinələrdə müasir tibbi avadanlıqlardan istifadə olunur: “Prosesə xüsusi təlim keçmiş mütəxəssislər cəlb olunub. Yəqin ki, bu barədə proses yekunlaşdıqdan sonra daha ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Ağdam rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkar edilib. Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026