• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyalı deputatdan Qarabağda baş verənlərə REAKSİYA

GÜNDƏM

16 Avqust 2021 | 10:57

Rusiyalı deputatdan Qarabağda baş verənlərə REAKSİYA

“Azərbaycanın Qarabağ bölgəsinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsində ermənilərin hərbi məqsədlə inşaat işini aparılmasının qarışısı alınmalıdır”.

Bunu Bakıvaxtı.az-a Rusiyada Şəhər Dumasının deputatı Elşən Şəbiyev bildirib.

Deputat bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağda erməni silahlılarının olması 10 noyabr 2020-ci il tarixdə, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin imzaladığı bəyanata ziddir: “Məncə, bu kimi təxribatlara ciddi reaksiya vermək lazımdır. Çünki, ermənilərdən ibarət silahlı birləşmələrin Qarabağda mövcudluğu 10 noyabr bəyanatına ziddir.

İranın təxribatçılarla hər hansı iş birliyi İran dövlətçiliyinin imicinə zərbədir, çünki rəsmi Tehranın ritorikası tamam fərqli səslənir. Hər iki insident Laçın dəhlizində Azərbaycana məxsus sərhəd məntəqəsinin  vacibliyindən xəbər verir. Gərək ki, İlham Əliyev Vladimir Putinlə tərəfdaş münasibətlərindən bu məsələnin həllində istifadə etsin. Zori Balayan və hər hansı faşistin və azərbaycanafobun Xocalı və Xankəndinə gəlib hər dəfə nəsə sərsəmləməsi, ilk növbədə münaqişəni bitmiş hesab edən Azərbaycan iqtidarına haqlı sullar və iradlara səbəb olacaq”.

Ramid İbrahimov

Bakıvaxtı.az

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR