• Bakı 22° C

    5.86 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

"Qarabağ"ın rəqibi futbolçusu ilə müqaviləni uzatdı

İDMAN

04 Sentyabr 2023 | 13:14

"Qarabağ"ın rəqibi futbolçusu ilə müqaviləni uzatdı

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu futbolçusu Edmond Tapsoba ilə müqavilənin müddətini uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Burkina Fasodan olan 24 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Edmond Tapsoba 2020-ci ildən "Bayer 04"də çıxış edir. "Qarabağ" bu rəqiblə ilk görüşünü III turda, oktyabrın 6-da səfərdə keçirəcək. IV turun qarşılaşması isə noyabrın 9-da Bakıda gerçəkləşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Oktyabr 2026