• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Qaribaşvili Ukrayna-Rusiya müharibəsinin səbəbini AÇIQLADI

DÜNYA

30 May 2023 | 12:01

Qaribaşvili Ukrayna-Rusiya müharibəsinin səbəbini AÇIQLADI

Rusiyanın 2022-ci ildə Ukraynada müharibəyə başlamasının səbəbi NATO-nun genişlənməsi olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu Slovakiyanın paytaxtı Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda (GLOBSEC) Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

“Əsas səbəblərdən biri NATO, NATO-nun genişlənməsi idi. Eləcə də bir sıra digər səbəblər”, - Qaribaşvili deyib.

Baş Nazir moderatorun növbəti “siz düşünürsünüz ki, NATO-nun genişlənməsi müharibəni təhrik edib?” sualına cavabında əlavə edib ki, səbəblərdən biri Ukraynanın alyansa üzv olmaq istəyi və qətiyyəti olub:

“Spekulyasiya etmək istəmirəm. Rusiya hökumətinin bəyanatlarına da istinad etmək istəmirəm. Amma səbəblərdən biri Ukraynanın NATO üzvü olmaq istəyi və qətiyyəti idi. Ona görə də biz nəticələri gördük”, - Qaribaşvili deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026