Xəbər verdiyimiz kimi, influenser-model Leyla Mirzəliyevanın plastik və estetik əməliyyatlar səbəbindən səhhətində ciddi problem yaranıb. O, bir müddət əvvəl özünü çox pis hiss etdiyini açıqlamış, eyni zamanda bədəninin fotolarını paylaşmışdı.
Bəs estetik, plastik əməliyyatlar nəticəsində insan bədəni çürüyə bilərmi? Hansı hallarda sözügedən əməliyyatlar əks təsir göstərə bilər?
Məsələ ilə bağlı kosmetoloq-dermatoloq Aygün Mustafayeva Bakıvaxtı.az-a açıqlama verib. Onun sözlərinə görə, yaşanan olayın əsas qaynağı həkimdir. O bildirib ki, dozasından artıq dolğuların bədənə yeridilməsi problemə səbəb ola bilər: "Modellə heç bir tanışlığım olmasa da, "zirzəmi”də çalışan kosmetoloqları yaşanan problemlə bağlı günahlandırmaq lazımdır".
Dermatoloq qeyd edib ki, estetik və plastik əməliyyat öncəsi ciddi şəkildə pasientdə müayinə aparılmalıdır. Bədənə vurulacaq dolğunun növü, istifadə qaydası, professional olması diqqətə alınmalıdır. Bunları bilən həkimlərlə çalışmaq lazımdır".
Aygün Mustafayeva onu da bildirib ki, dolğular aralıqlarla və individual formada bədənə yeridilə bilər:"Orqanizmlər müxtəlifdir. Hər kəsə dolğu vurmaq doğru deyil. Nəticədə, əks təsir göstərərək, müxtəlif bədən yaralarına gətirib çıxaracaq".
Qeyd edək ki, Leyla Mirzəliyevanın yaşanan problemdən dolayı müalicəsi mütəmadi olaraq davam etdirilir. Bununla bağlı o, öz sosial şəbəkə izləyicilərini daim məlumatlandırır.
Xəyalə Rza
















