Avropada qaz fyuçerlərinin qiyməti ilk dəfə olaraq min kubmetr üçün 1200 dolları keçərək yeni rekord dəyərinə çatıb.
Bakıvaxtı.az TASS istinadən xəbər verir ki, bu barədə ICE birjası məlumat yayıb.
Ticarətin açılmasından bir neçə dəqiqə sonra Avropanın ən likvid mərkəzi olan Hollandiyanın TTF indeksi üzrə noyabr fyuçerslərinin dəyəri min kubmetr üçün rekord 1200 ABŞ dollarını keçdi. Ticarətin başlanğıcının maksimumu 1228,8 dollar idi.
Xatırladaq ki, oktyabrın 1-də Avropada qazın qiyməti ilk dəfə kubmetri 1200 dollar səviyyəsinə çataraq tarixi rekordunu yeniləyib. Qiymətlərin bu qədər kəskin artmasının səbəblərindən birinin Yamal-Avropa qaz boru kəməri ilə nəql olunan qazın təxminən üç dəfə azalması güman edilir.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















