• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qəbələ" Rusiya və Moldova klubu ilə qarşılaşacaq

İDMAN

10 Iyul 2023 | 17:54

"Qəbələ" Rusiya və Moldova klubu ilə qarşılaşacaq

“Qəbələ” klubu 2023-2024 mövsümünün hazırlığını davam etdirmək üçün Türkiyəyə yollanır.

Bakıvaxtı.az əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” toplanışın ikinci mərhələsini qardaş ölkədə gerçəkləşdirəcək.

Komanda Boluda məskunlaşacaq və burada üç yoxlama görüşü təşkil olunacaq. Qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq.

İlk iki qarşılaşmada Azərbaycan təmsilçisi Moldovanın "Sukleya" və Rusiyanın "Orenburq" klubları ilə üz-üzə gələcək.

Sonuncu rəqib yaxın günlərdə dəqiqləşəcək. “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Omoniya” (Kipr) ilə görüşlərinin hazırlığını ölkədə yekunlaşdıracaq.

Qeyd edək ki, “qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələrək hazırlığın ilk mərhələsini doğma stadionda gerçəkləşdirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026