• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qəbələdə elektrik cərəyanı ustanı vuraraq öldürüb

HADİSƏ

20 Aprel 2021 | 00:02

Qəbələdə elektrik cərəyanı ustanı vuraraq öldürüb

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon ərazisindəki elektrik yarımstansiyalarından birində qeydə alınıb.

Belə ki, yarımstansiyanın işçisi, 1959-cu il təvəllüdlü Nəsir Yusif oğlu Yusifov 3 saylı 10 kilovoltluq qapalı paylayıcı qurğuda işləyərkən dünyasını dəyişib. İlkin ehtimala görə, ustanın ölümünə elektrik cərəyanı vurması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR