• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilib

CƏMİYYƏT

08 May 2026 | 15:57 | Müəllif: Əli Hüseynov

Qəbiristanlıqdan tapılan azyaşlı sığınacağa yerləşdirilib

Abşeronda - Fatimeyi Zəhra məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan azyaşlı hazırda təhlükəsiz şəraitdə sığınacaqda yerləşdirilib və onun təhlükəsizliyinin, sağlamlığının qorunması istiqamətində bütün zəruri tədbirlər görülür.

Bakıvaxtı.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.

O bildirib ki, uşaq tibbi müayinələrdən keçirilib, sağlamlıq vəziyyəti nəzarətdə saxlanılır:

"Eyni zamanda ona psixososial dəstək göstərilir, yaşadığı hadisənin yaratdığı təsirlərin aradan qaldırılması və emosional vəziyyətinin stabilləşdirilməsi məqsədilə reabilitasiya prosesinə cəlb olunub.

Hazırda azyaşlının sağlam, təhlükəsiz və qayğıkeş mühitdə böyüməsi üçün aidiyyəti qurumlar tərəfindən lazımi sosial, psixoloji və tibbi dəstək tədbirləri davam etdirilir. Bütün məsələlərdə uşağın hüquq və mənafeyi əsas prioritet kimi nəzərə alınır".

Qeyd edək ki, uşağın anası rəsmi şəkildə övladından imtina edib.

 

 

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026