• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qərb İsrail-HƏMAS savaşını daha da qızışdırır - AÇIQLAMA

SİYASƏT

01 Noyabr 2023 | 16:50 | Müəllif: Qalib İbrahimoğlu

Qərb İsrail-HƏMAS savaşını daha da qızışdırır - AÇIQLAMA

"İsrail çalışır ki, sonuna qədər HƏMAS-la mübarizə aparsın və Qəzzadan əhalini məcburi şəkildə köçməyə məcbur etsin".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Ekspert bildirib ki, bəzi Qərb dövlətləri İsrail-HƏMAS savaşında öz strateji maraqlarından çıxış edirlər: "Bir sıra Qərb ölkələri İsraillə yaxınlığı nəzərə alaraq birbaşa və açıq şəkildə mövqe ortaya qoyurlar ki, "biz İsrailin yanındayıq". Xüsusən Almaniya kimi ölkələr yəhudi soyqırımı ilə bağlı keçmiş günahlarını yumaq üçün bu tipli açıqlamalar verirlər. Ona görə də istənilən halda İsrailə dəstək ifadə edirlər”.

Onun sözlərinə görə, ancaq problem ondadır ki, Qərb dövlətlərinin hadisələri yatızdırmaq əvəzinə, qızışdırıcı bəyanlarla çıxış etmələri münaqişəni daha da genişləndirə, dünya müharibəsinə çevrilməsinə rəvac verə bilər: “Lakin ABŞ-ın Qəzzaya yerüstü əməliyyatı dayandırmaqla bağlı, Qəzza zolağına humanitar yardımla bağlı çağırışları, Misir və digər ölkələrlə təmas qurması onu deməyə əsas verir ki, Ağ Ev məsələnin ciddiliyini anlayır. Ən azından humanitar məsələlərdə Qəzza əhalisinə yardım göstərilməsinə çağırış edir. Qəzza əhalisinin Misirə köçürülməsinin əleyhinə olduğunu deyir".

Turab Rzayev, politoloq

Analitikə görə, bu məsələdə Rusiya və İranın mövqeyi aydındır: "Hər iki ölkə başından bəri açıq şəkildə Fələstinə dəstək göstərəcəklərini bildiriblər. Misir, Səudiyyə Ərəbistan və digər dövlətlər də Fələstinə dəstək verməyə məcbur qalırlar. Çünki onlar öz ölkələrinin xalqlarının iradəsini nəzərə almağa məcburdurlar. Əks halda daxildə ciddi problemlə üzləşə bilərlər. Türkiyə sükut nümayiş etdirir. Çalışır ki, bölgədə sakitlik olsun. Ankara hərbi həllin əleyhinədir. Ona görə də HƏMAS-ın dinc insanlara qarşı hücumlarını qınadı. Eyni zamanda İsrailin həddindən artıq güc tətbiq etməsini, oradakı sivil insanları öldürməsini sərt şəkildə qınayır. Türkiyə bölgədə sülhə ən çox çalışan ölkələrdəndir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR