• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Qərbi Azərbaycana dinc şəkildə qayıdacağıq" - Əziz Ələkbərov

SİYASƏT

06 Dekabr 2023 | 11:41

"Qərbi Azərbaycana dinc şəkildə qayıdacağıq" - Əziz Ələkbərov

“Qəti şəkildə elan etmişik ki, biz Qərbi Azərbaycana dinc şəkildə qayıdacağıq. Ora qayıdacaq insanların təhlükəsizliyinə tam zəmanət aldıqdan sonra qayıdış olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə deyib. 

İcma sədri bildirib ki, insanlarımız ora ləyaqətli şəkildə qayıtmalıdır: 

“Yəni Ermənistan vətəndaşlarının malik olduğu bütün hüquqlar bizim soydaşlarımıza da şamil olunmalıdır. Ermənistanın bütün dövlət strukturlarında soydaşlarımızın tamhüquqlu vətəndaş kimi iştirak etmək üçün hər cür şərait yaradılmalı, sosial və iş problemlərinin həlli, dövlət işlərində təmsil olunmaq haqqı təmin olunmalıdır. Bütün bunlar bizim konsepsiyada əks olunub”. 

Ə.Ələkbərov vurğulayıb ki, dünya ictiamiyyətinə qısa müddətdə öz problemlərimizi çatdıra bilmişik:

 “Son bir il ərzində Qərbi Azərbaycan İcmasının 7 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026