• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Qərbi azərbaycanlılar  öz torpaqlarına dönəcək" - Tahir Rzayev

SİYASƏT

17 Mart 2023 | 12:20

"Qərbi azərbaycanlılar öz torpaqlarına dönəcək" - Tahir Rzayev

"Ağalı kəndinin sakinləri kimi qərbi azərbaycanlılar da öz torpaqlarına dönəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib. 

Millət vəkili çıxışında eyni zamanda, hökumətin 2022-ci ildə işğaldan azad olnumuş ərazilərdə gördüyü işlərə də diqqət çəkib.

"2022-ci ildə əsasən bir neçə iqtiqamətdə - işğaldan azad olunmuş ərazilərin bərpa edilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi fəallığın artırılması, maliyyə sabitliyinin qorunub saxlanılması və ərzaq qıtlığı ilə mübarizə aparılmış, Nazirlər Kabinetinin hesabatından da göründüyü kimi xeyli uğurlara nail olunmuşdur", - deputat qeyd edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026