• Bakı 24° C

    12.42 m/s

  • USD - 1.7

    EUR - 1.9428

    RUB - 2.3188

“Qətərdə bloklanmış 6 milyard dollar İrana qaytarılacaq”

DÜNYA

21 Iyun 2026 | 14:02

“Qətərdə bloklanmış 6 milyard dollar İrana qaytarılacaq”

“Qətərdə bloklanmış 6 milyard dollar İrana qaytarılacaq”.

Bakıvaxtı.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən 33-cü Pul və Bankçılıq Siyasəti Simpoziumunda çıxışı zamanı bildirib.

Pezeşkian qeyd edilib ki, Vaşinqtonla əldə olunan razılaşmanın şərtləri İranın maraqlarına uyğundur.

“Bu gün danışıqlar prosesinin başlaması ilə Qətərdə bloklanmış 6 milyard dollarımız geri qaytarılacaq”, – deyə İran Prezidenti vurğulayıb.

O qeyd edib ki, ABŞ-nin əsas tələbi İranın nüvə silahına sahib olmamasıdır.

Pezeşkian bildirib ki, bu məsələ ölkə rəhbərliyi tərəfindən dəfələrlə açıqlanıb və İran nüvə bombası əldə etməyi hədəfləmir.

Qeyd edək ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalar səbəbindən İranın neft satışından əldə etdiyi vəsaitlərin bir hissəsi xarici banklarda, o cümlədən, Qətərdə bloklanıb. Tehran administrasiyası danışıqlarda sanksiyaların yumşaldılması və həmin vəsaitlərin azad edilməsini əsas tələblərdən biri kimi irəli sürür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Iyun 2026