• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qəzaya uğrayan İl-76-da 65 ukraynalı əsir öldü

DÜNYA

24 Yanvar 2024 | 13:45 | Müəllif: Qalib İbrahimoğlu

Qəzaya uğrayan İl-76-da 65 ukraynalı əsir öldü

Xəbər verdiyimiz kimi, Rusiyanın İl-76 hərbi təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Bakıvaxtı.az “112” Telegram kanalına istinadla xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi İl-76-nın qəzaya uğradığını təsdiqləyib.

Departamentin məlumatına görə, təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, mübadilə üçün Belqorod vilayətinə aparılıb, təyyarənin altı ekipaj üzvü və üç onu müşayiət edən şəxs olub.

Hərbi idarədən bildiriblər ki, təyyarə planlı uçuş zamanı qəzaya uğrayıb.

Aerokosmik Qüvvələrin bir komissiyası "fəlakətin səbəblərini müəyyən etmək üçün" qəza yerinə uçub.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR