Qırğızıstan Prezidenti Sadır Japarov 2030-cu ilədək ölkənin Milli İnkişaf Proqramını təsdiqləyib.
Bakıvaxtı.az Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Proqram çərçivəsində 2030-cu ilədək iddialı hədəflər müəyyən edilib: ÜDM-in ən azı 30 milyard dollara çatdırılması, adambaşına düşən ÜDM-in 4 500 dollara qədər artırılması, iqtisadiyyatın orta illik real artım tempinin ən azı 8 % təmin edilməsi.
Sənəddə dörd prioritet istiqamət müəyyən edilib - sənayeləşmə, ölkənin regional mərkəzə çevrilməsi, kənd təsərrüfatı və turizm, həmçinin "yaşıl enerji”nin inkişafı.