• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Qırğızıstan Türkiyədən yeni PUA alıb

DÜNYA

02 Noyabr 2022 | 18:14 | Müəllif: Subhan Mahmudov

Qırğızıstan Türkiyədən yeni PUA alıb

Qırğız Respublikası Türkiyə istehsalı olan “Aksunqur” pilotsuz uçuş aparatı (PUA) alıb.

Bakıvaxtı.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev sosial şəbəkədə məlumat verib.

“İndi “Aksunqur” da bizimdir!”, - o bildirib.

Xatırladaq ki, “Aksunqur” pilotsuz uçuş aparatını Türk Aviasiya və Kosmos Sənayesi (TÜSAŞ) şirkəti istehsal edir. “Aksunqur” vizual və radio-kəşfiyyat, dəniz patrulları və zərbələrin endirilməsi üçün nəzərdə tutulub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026