"“Azərsu” ASC-də avqust ayından qışa hazırlıqla bağlı tədbir planı təsdiqlənib".
Bunu Bakıvaxtı.az-a “Azərsu” ASC-nin mətbuat katibi Anar Cabrayıllı qurumun qışa hazırlığı ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, artıq həm içməli su təchizatı, həm də kanalizasiya sistemlərində magistral xətlər, hidrotexniki qurğuları yoxlanılır, kanalizasiya kollektorları yuyulub təmizlənir, nasoslar işlək vəziyyətə gətirilir, təmirə ehtiyac varsa, sazlanma işləri aparılır. A.Cəbrayıllı bildirib ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sentyabr-oktyabr aylarından bu işlərin böyük bir əksəriyyətini görüb, bu gün də davam edir.
“Deyə bilərik ki, “Azərsu” ASC həm içməli su, həm də kanalizasiya sahəsi üzrə qışa hazırdır. Hidrotexniki qurğular, kanalizasiya kollektorları, nasos stansiyaları – hamısı işlək vəziyyətdədir. Manitorinqlər nəticəsində artıq yaya hazırlıq proqramımızı da hazırlayırıq. Qış aylarında magistral kəmərlər üzərində təmir-bərpa işləri aparılır, siyirtmələrin, xətlərin təmiri həyata keçirilir. Həmçinin, dəyişdirilməsi lazım olan hissələr müəyyənləşdiriıir və may ayına qədər bu işlər həyata keçirilir”, - deyə Anar Cəbrayıllı əlavə edib.
Aytac Aslan
















