Qışda ən çox görülən şikayətlərdən biri də kökəlməkdir. Əksər insanlar qışda arıqlamaqdansa formada qalmağın yollarını axtarırlar.
Bakıvaxtı.az xəbər verir ki, xarici mütəxəssislər qışda formada qalmağın məsləhətlərini açıqlayıblar. Qışda formada qalmaq istəyənlər üçün mütəxəssislərin 5 tövsiyəsini təqdim edirik:
1. Daha çox su için. Susuzluğu olan insanlar daha çox yemək yeyirlər.
2. Süfrənizdə yarpaqlı tərəvəzlər, toyuq, dəniz məhsulları və brokoli qoyun.
3. İsti şorba və bulyon istehlak edin.
4. Müntəzəm olaraq yeyin.
5. Uzun gəzintilər edin və ya idman zalında məşq edin.
Ziyafət Əlisoy
















