• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Qobustanda vəzifəli şəxslərə cinayət işi açıldı

CƏMİYYƏT

28 Fevral 2023 | 14:38

Qobustanda vəzifəli şəxslərə cinayət işi açıldı

“Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Qobustan Rayon Prokurorluğundan bildiilib ki, xəstəxana rəhbərliyi barədə vətəndaş müraciəti əsasında araşdırma aparılıb.

Araşdırma zamanı vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026