"Luqansk Xalq Respublikası”nın ərazisinin 95%-i polislərin nəzarəti altındadır, qalan ərazilər hazırda boşaldılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu "LPR"nin müdafiə departamentinin nümayəndəsi Andrey Maroçko bildirib.
"Faizlə götürsək, respublika ərazisinin 95 faizi bizim nəzarətimizdədir və biz artıq 5 faizini azad edirik”.
Qeyd edək ki, bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya, LXR və DXR qüvvələrinin qruplaşması Donbass ərazilərini azad etməkdə davam edir. O əlavə edib ki, "Luqansk Xalq Respublikası"nın azad edilməsi başa çatmaq üzrədir.
Nuranə Daxilqızı





jpg-1655635618.webp)










