• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Şuşada köçkünlər üçün yaşayış massivinin tikintisi davam etdirilir" - Aydın Kərimov

SİYASƏT

19 Iyun 2022 | 13:38

"Şuşada köçkünlər üçün yaşayış massivinin tikintisi davam etdirilir" - Aydın Kərimov

Şuşada məcburi köçkünlərin tezliklə geri qaytarılacağı yaşayış massivinin tikintisi davam etdirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasda çıxışı zamanı deyib.

Xüsusi nümayəndə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ərazilərin işğalı başa çatıb. Müharibə başa çatdıqdan dərhal sonra, o cümlədən Şuşa şəhərində yenidənqurma işlərinə başlanılıb.

Onun sözlərinə görə, müharibə başa çatdıqdan dərhal sonra yarımstansiyalar tikilib, bunun sayəsində şəhərə elektrik enerjisi verilib. Həmçinin şəhərdə 7 qazanxana tikilərək istiliklə təmin edilib. (report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026