• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qonşusunu güllələyən şəxs saxlanıldı

HADİSƏ

20 Sentyabr 2022 | 10:25

Qonşusunu güllələyən şəxs saxlanıldı

Tovuzda qonşusunu güllələyən şəxs saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis baş leytenantı Eşqin Qasımov deyib.

O bildirib ki, sentyabr ayının 19-u axşam saatlarında Tovuz rayon Polis Şöbəsinə rayonun Humanlar kənd sakini, 53 yaşlı Ələsgər Ələsgərovun sağ budunun 3/1-nin güllə yarası diaqnozu ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri araşdırmalar nəticəsində məlum olub ki, Ə. Ələsgərov tanışı Əli Salmanov ilə birlikdə həmkəndlisi Ədalət Verdiyevin evinə qonaq gəlmiş, sonuncular şəxsi münaqişə edən zaman ev sahibi özünəməxsus, müvafiq sənədləri olan ov tüfəngi ilə Əli Salmanova atəş açarkən Ə.Ələsgərov yaralanıb.

Keçirilən təxrəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026