Müğənni Şöhrət Məmmədov türkiyəli superulduz Mustafa Cecelidən danışıb.
Bakıvaxtı.az xəbər verir ki, “Rəngarəng səhər” verilişinin qonağı olan ifaçı türkiyəli həmkarı ilə bağlı xatirələrini bölüşüb.
Şöhrət Mustafa Ceceli ilə oxuduğu duetdən də söz salıb: “O, mənə şəxsən zəng etdi: “Merhaba, ben Mustafa Ceceli… “Öpüm nəfəsindən” mahnısını duet oxumaq istəyirəm”. Təklifi o etmişdi. Yatsam yuxuma belə gəlməzdi ki, belə bir şey ola. Uşaqlıqda, kənddə qoyun otardığım vaxtı dinlədiyim insan, bu gün özü mənimlə duet oxumaq istəyir. Bu, Allahın qismətidir. Nəyi ürəyin istəyirsə, o da qarşına çıxır”.
Ziyafət Əlisoy
















