Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcəyini açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qrossi Kurçatovda olarkən bildirib.
Məlumata görə, Qrossi gələn həftə Kiyevdə Zelenski ilə görüşəcək.
Belə ki, o, Zaporojya AES-dəki vəziyyəti, habelə Ukrayna ərazisindəki müxtəlif nüvə obyektlərində MAQATE müfəttişlərinin olmasını müzakirə etmək planlarını açıqlayıb.
Həmçinin görüş zamanı əsas məsələnin Rusiya ilə Ukrayna arasında dialoqun davam etdirilməsinin mümkünlüyünün olacağını vurğulayıb.
Mina Mikayılova








jpg-1727349038.webp)


