• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

BMT: "Minlərlə insan Livandan Suriyaya qaçıb"

DÜNYA

26 Sentyabr 2024 | 15:45 | Müəllif: Gülşən Şərif

BMT: "Minlərlə insan Livandan Suriyaya qaçıb"

İsrailin davam edən hava hücumları nəticəsində minlərlə livanlı və suriyalı ailə Livandan Suriyaya qaçıb. 

Bakıvaxtı.az "The Guardian"a istiadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) İdarəsi məlumat yayıb.

Məlumata görə, yüzlərlə avtomobil Suriya sərhədində növbəyə durub, çoxlu sayda insan sərhədə piyada gedib. ABöyük izdihamın içərisində qadın, uşaq və körpələr də var. Bəzilərinin son hücumlar nəticəsində təzə yaraları var.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi davam edən zorakılıqlardan dərin narahatlığını ifadə edib:

"Yaxın Şərq növbəti yerdəyişmə böhranına tab gətirə bilməyəcək. Ona görə də mülki əhalinin həyatının qorunması əsas prioritet olmalıdır". 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026