• Bakı 24° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0177

Qubadlı və Zəngilanda yeni kütləvi məzarlıq aşkarlandı

CƏMİYYƏT

18 Sentyabr 2023 | 15:29

Qubadlı və Zəngilanda yeni kütləvi məzarlıq aşkarlandı

“Bu gün azad edilmiş bir çox ərazilərdə kütləvi məzarlıqlar aşkar edilir. Bunların bəzisi ictimaiyyətə açıqlanıb, bəzisi yox. Bu yaxınlarda Qubadlı və Zəngilanda da yeni kütləvi məzarlıq aşkarlanıb. Amma mən hələ orada olam meyit qalıqlarının sayı ilə bağlı rəqəm açıqlaya bilməyəcəyəm”.

Bakıvaxtı.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev deyib.

Hərbi prokuror bildirib ki, sümük qalıqları aşkar olunduqdan sonra müəyyən qayda çərçivəsində qablaşdırılır: “Yeni aşkarlanan meyit qalıqları ilə bağlı say deyə bilmirəm. Çünki bəzən elə hallar olur ki, 100-200 bundan qabaqkı qalıq aşkarlanır. Yəni bəzi hallarda bizi maraqlandırmayan meyit qalıqları da aşkarlanır. Buna görə yeni tapılan meyit qalıqları ekspertiza olunmalıdır”.
 


SON XƏBƏRLƏR

24 Sentyabr 2023