• Bakı 8° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qüdsdə növbəti terror aktı törədildi

DÜNYA

21 Noyabr 2021 | 15:03

Qüdsdə növbəti terror aktı törədildi

Bu gün Qüdsün “Köhnə şəhər” adlanan ərazisində, Zəncirli küçədə terror aktı törədilib.

Bakıvaxtı.az-ın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, iki nəfərin odlu silahdan açdığı atəş nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

İsrail polisi atəş açanlardan birini zərərsizləşdirib, digəri isə qaçıb. Öldürülən şəxsin HƏMAS üzvü olduğu bildirilir.

Qeyd edək ki, bundan əvvəl noyabrın 17-də “Köhnə şəhər”də müsəlmanların yaşadığı məhəllənin mərkəzində 16 yaşlı gənc bıçaqla iki İsrail polisinə hücum edib. Polislər yaralanıb, hücum edən şəxs isə güllələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026