• Bakı 10° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

"Kommander" Ağ Evdə "peyda oldu"

DÜNYA

21 Dekabr 2021 | 08:32 | Müəllif: Qalib İbrahimoğlu

"Kommander" Ağ Evdə "peyda oldu"

ABŞ Prezidenti Co Bayden və birinci xanım Jill Bayden Ağ Evdə yeni bir itin - Alman Çoban itinin “peyda olduğunu” elan ediblər.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə prezident və xanımı öz “Tvitter” səhifəsində yazıblar.

Baydenin ilk mesajında deyilir: "Ağ Evə xoş gəlmisiniz, Kommander".

Daha sonra o, yeni ev heyvanı ilə tanış olduğunu və onunla oynadığını əks etdirən qısa video paylaşıb.

Ərinin mesajını ürək işarəsi ilə bəyənən Jill Bayden də paylaşımı təkrar yayımlayıb.

CNN-in məlumatına görə, “Kommander” adlı yeni it Ağ Evə yaxınları tərəfindən hədiyyə edilib./apa/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026