Qış aylarında xəstəliklərin yan təsiri kimi ortaya çıxan quru öskürək bəzən xəstəliyin sağalmasından sonra da davam edə bilər. Bu narahatlıq boğazda qıcıqlanmaya səbəb olaraq həyat keyfiyyətini aşağı sala bilər.
Bakıvaxtı.az xəbər verir ki, təbii üsullarla quru öskürəkdən asanlıqla qurtulmaq mümkündür:
Bal və limon – Boğazı yumşaldaraq qıcıqlanmanı azaldır. Bir stəkan ilıq suya bir çay qaşığı bal və bir neçə damcı limon suyu əlavə edərək içmək quru öskürəyin azalmasına kömək edir.
Zəncəfil çayı – Güclü iltihabəleyhinə təsiri ilə tanınan zəncəfil boğazdakı qıcıqlanmanı azaldır. Davamlı olaraq zəncəfil çayı içmək quru öskürəkdən xilas olmağa kömək edir.
Buxar terapiyası – Okaliptus və ya nanə yağı əlavə olunmuş qaynar suyun buxarını nəfəsə çəkmək tənəffüs yollarını açır və boğaz qıcıqlanmasını azaldır.
Zərdəçallı süd – Güclü antiinflamatuar təsiri ilə zərdəçal boğazı sakitləşdirir. Bir stəkan ilıq südə yarım çay qaşığı zərdəçal əlavə edərək içmək quru öskürəkdən qurtulmağa kömək edir.
Bu üsulları müntəzəm tətbiq edərək qış aylarında quru öskürəkdən qorunmaq mümkündür.
Nuriyyə Musayeva