• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qüsurlu dərsliklər: çıxış yolu nədədir?

CƏMİYYƏT

31 Yanvar 2022 | 16:47 | Müəllif: Qalib İbrahimoğlu

Qüsurlu dərsliklər: çıxış yolu nədədir?

İllərdir həll olunmayan problemlərdən biri də orta məktəb dərsliklərində olan qüsurlardır. Belə ki, bir çox, xüsusilə də, ədəbiyyat və tarix dərsliklərində şagirdlərə uyğun olmayan əsərlər və məlumatlar verilir.

Məsələn, 14-15 yaşlı şagirdlərin dərsliklərində nifrət nitqləri olan, cinayətin açıq göstərildiyi əsərlər verilir. Yaxud, dərslikdə elə mətnlər yer alır ki, şagird yaşından dolayı dərk edə bilmir. Təhsil eksperti Elşən Qafarov Bakıvaxtı.az-a bildirib ki, dərsliklərlə bağlı problemlər olduğunu Təhsil Nazirliyi də etiraf edir, cəmiyyət olaraq biz də görürük: “Ümumiyyətlə, dərsliklərlə bağlı problemin həlli üçün atılan bütün addımlar hələ tam effekt göstərməyib. Düşünürəm ki, ilk növbədə, istənilən bir dərsllik hazırlandıqdan sonra gedişatında müəyyən dəyişikliklər etmək lazımdır”.

Onun sözlərinə görə, dərsliyin hazırlanması üçün ən azı 6 ay vaxt verilir, ancaq, 2 il vaxt ayrılmalıdır: “Həmçinin, müzakirə aparılıb nüsxələr məktəblərə göndərilməlidir. Müəllimlər bununla bağlı vaxtaşırı sınaq dərsləri keçməli və rayon təhsil şöbələrinin, metodiki otaqların nəzdində ayrı-ayrı müəllimlərlə real müzakirə olmalı, təklif və iradlar müəlliflərə göndərilməlidir”.

Ekspert bildirib ki, qısa müddətdə hazırlanan dərsliklər, təbii ki, nöqsanlarla dolu olacaq: “Bunun üçün dərsliklərin hazırlanma vaxtı uzadılmalıdır, bir tədris ili boyunca müzakirələr aparılmalıdır. Beləliklə, indikinə nisbətən fərqli bir mənzərə əldə etmək olar”.

Dediyinə görə, bundan əlavə, dərslikləri yoxlamaq üçün komissiya olmalı, həmin komissiya da mütəxəssislərdən ibarət olmalıdır: “Çox təəssüflər olsun ki, bu iş düzgün qurulmur. Ona görə də, bütün cəhdlərə baxmayaraq, hələ də dərsliklərdə problemlər görürük”.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026