• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Quterreş: “Onlar məsuliyyətə cəlb olunacaq”

DÜNYA

28 Yanvar 2024 | 12:48 | Müəllif: Subhan Mahmudov

Quterreş: “Onlar məsuliyyətə cəlb olunacaq”

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin bəzi əməkdaşlarına qarşı HAMAS ilə əlaqəsi olduğu iddialarından sonra BMT təcili tədbirlər görür.

Bakıvaxtı.az bildirir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

"BMT agentliyin bir neçə əməkdaşına qarşı son dərəcə ciddi ittihamlardan sonra təcili tədbirlər görür. Birləşmiş Millətlər Təşkilatının Daxili Nəzarət Xidmətləri İdarəsi dərhal araşdırmaya başladı" - baş katibin bəyanatında deyilir.

Quterreşin qeyd etdiyi kimi, bu insidentdə iştirak edən 12 nəfərdən 1-i ölüb, 9-nun şəxsiyyəti müəyyən edilərək işdən çıxarılıb.

"BMT-nin terror aktlarında əli olan hər bir əməkdaşı cinayət təqibi də daxil olmaqla, məsuliyyətə cəlb olunacaq", - o vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026