Yüzlərlə etirazçı Manhettendə Rokfeller Plaza binasında NBC telekanalının foyesinə basqın edib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. onlar ABŞ prezidenti Co Baydenin amerikalı komediyaçı Set Meyersin proqramında iştirakına mane olmağa çalışıb.
NBC-nin binasının foyesində oturaq etiraz aksiyası keçirən, əksəriyyəti yəhudi əsilli Fələstin tərəfdarları olan etirazçılar Qəzzada soyqırımda ittiham olunan İsrailə qarşı “dərhal atəşkəs” plakatları ilə Baydeni ABŞ-ın dəstəyini dayandırmağa çağırıblar.
Böyük pankartda “Yəhudilərdən Baydenə: Soyqırımını silahlandırmaqdan əl çək!” yazılıb.
Nyu York Polis Departamenti (NYPD) tərəfindən televiziya binası ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb. 50-yə yaxın nümayişçi saxlanılaraq polis avtobuslarına mindirilib.
Ay Tac



jpg-1711610414.webp)








jpg-1711601761.webp)



