Taliban hakimiyyətə gəldikdən sonra Əfqanıstanda əhali 20 ildə 2 dəfə, ÜDM 8 dəfə artıb. Əgər 2001-də Əfqanıstanın əhalisi 20 milyon idisə, 2023-də 40 milyondur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Spectator" nəşrinin Talibanın iki illik hakimiyyətinə dair hesabatında dərc olunub.
Məlumata görə, Taliban hakimiyyətə gələndən sonra ölkənin fiber optik internet infrastrukturunun tikintisi də sürətlənib. Hətta Əfqanıstan valyutası belə 2022-ci ilin dekabrından 2023-cü ilin sentyabrına qədər 14.1% güclənib.
"Hamı gözləyirdi ki, bank sektoru iflas edəcək, əksinə daha da gücləndi. Ölkənin ixracatı da yanvar-may aylarında əvvəlki illə müqayisədə 3% artaraq, 910 milyon dollar təşkil edib. İdxal da 32% artaraq 4.4 milyard dollar təşkil edib. Ən əsası tiryəki qadağan edilib. Talibanın hakimiyyətə gəlməsindən sonra Taliban Puştun milliyətçiliyini cilovlamağa çalışır və ölkədə vahidliyi təmin etmək üçün universal islamçılıq tətbiq edilir", - deyə "The Spectator" yazır.
Bildirilib ki, qadınlara qarşı münasibət 2001-ci ildən fərqli olaraq daha yumşaqdır:
"Taliban eyni zamanda mobil telefonlardan istifadəni sürətləndirib. Taliban qadınların ictimai proseslərə cəlb edilməsinə ilk hakimiyyəti dövründən qismən daha mötədil yanaşır. Bundan əlavə, şiə bölgələrində nəzarəti təmin etmək üçün Taliban pul qarşılığında şiə din xadimlərini təmin edir. Ötən 2 ildə Taliban Əfqanıstanda sabitliyi əvvəlkilərə baxarkən həm sərt həm yumşaq metodlarla təmin edib. Ən əsası yerli xalq Talibanın islahatlarını dəstəkləyir".
Rafi Müslümov




jpg-1711610414.webp)








jpg-1711601761.webp)


