• Bakı 26° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Razılıq əldə oluna bilər" - ABŞ Dövlət Departamenti

DÜNYA

26 May 2023 | 18:41 | Müəllif: Subhan Mahmudov

"Razılıq əldə oluna bilər" - ABŞ Dövlət Departamenti

Dövlət Departamenti Moskvada Rusiya Federasiyası, Ermənistan və Azərbaycan rəhbərlərinin iştirakı ilə keçirilən üçtərəfli görüşü şərh edib.

Bakıvaxtı.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Metyu Miller ABŞ-ın danışıqların davam etdirilməsinə şərait yaratdığını bildirib:

"Razılığın əldə oluna biləcəyinə inanırıq və həll olunmamış məsələlərdə razılığa gəlmək üçün hər iki tərəfə təzyiq etməyə davam edirik".

Xatırladaq ki, ötən gün Kremldə Ermənistanın baş naziri Nikol Paşinyan, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilib.

Regional nəqliyyat və iqtisadi infrastrukturun blokdan çıxarılması ilə bağlı məsələlər müzakirə olunub. Üç ölkənin baş nazir müavinlərinin görüşü çərçivəsində işin bir həftə ərzində davam etdirilməsi barədə razılıq əldə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR