• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rəsmi Bakı Qarabağın erməni sakinləri ilə sabahkı görüşə hazırdır

SİYASƏT

20 Sentyabr 2023 | 17:46 | Müəllif: Qalib İbrahimoğlu

Rəsmi Bakı Qarabağın erməni sakinləri ilə sabahkı görüşə hazırdır

"Azərbaycan sabahkı ilkin kontakta hazırdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

Onun sözlərinə görə, daha geniş müzakirələr Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində həyata keçiriləcək:

H.Hacıyev deyib ki, Azərbaycan hamar reinteqrasiya prosesinə hazır olduğunu bir daha bəyan edir.

"Biz əhalinin humanitar tələblərinə cavab verməyə hazırıq. Qısa zaman çərçivəsində yerlərdə stabillik və təhlükəsizliyi müvafiq şəkildə təmin etməyə hazırıq”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026