• Bakı 22° C

    11.15 m/s

  • USD - 1.7

    EUR - 1.6464

    RUB - 0.0295

"Revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir" - Nazir

SİYASƏT

22 Sentyabr 2022 | 14:10

Revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir - Nazir

“Belə həssas bir məqamda, kövrək sülhün əldə edilməsi şansı varkən əsassız iddialar səsləndirilərək revanşistlərə “nəfəs verilməsi” siyasi məsuliyyətsizlikdir. Bunu başqa cür adlandırmaq çətindir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real TV”yə müsahibəsində deyib.

O bildirib ki, müxtəlif ölkələrin ikili standartları adətən həmin ölkələrdəki seçkilər ərəfəsində özünü büruzə verir.

C.Bayramov vurğulayıb ki, həm Fransada, həm ABŞ-da, çox böyük erməni lobbisi var.

“Onlar seçki prosesləri zamanı kampaniyaları dəstəkləyirlər. Dünyada baş verən bu proseslər siyasətin reallıqlarıdır. Biz təmkinli olmalıyıq. Bizim heç bir illuziyamız yoxdur. Ancaq sözümüzü deyəcəyik”, - XİN başçısı bildirib.


SON XƏBƏRLƏR

29 Sentyabr 2022