• Bakı 10° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Rubio: ABŞ Suriyanın düzgün istiqamətdə getdiyinə inanır

DÜNYA

09 Dekabr 2025 | 12:21

Rubio: ABŞ Suriyanın düzgün istiqamətdə getdiyinə inanır

Birləşmiş Ştatlar hesab edir ki, son bir ildə Suriyanın keçid hökuməti ölkədə vəziyyəti yaxşılaşdırmaq üçün bir sıra mühüm addımlar atıb. 

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

O bəyan edib ki, Vaşinqton Ərəb Respublikasına etnik-dini azlıqların hüquqlarına zəmanət verən sabit dövlətin yaradılması yolunda dəstəyini davam etdirməyə hazırdır.

"Biz Suriya rəhbərliyi və xalqının keçid dövründə atdığı mühüm addımları, həmçinin beynəlxalq tərəfdaşlarımızın dəstəyini görürük. Biz Suriya xalqının dözümlülüyünü təqdir edirik və azlıqlar da daxil olmaqla, bütün qonşular ilə sülh şəraitində dinc və firavan Suriyaya dəstəyimizi bir daha təsdiqləyirik", - Rubio "X"də yazıb.

Aynur Babazadə


SON XƏBƏRLƏR