İki rusiyalı oliqarx AB-nin sanksiyaları ilə bağlı məhkəməyə müraciət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Rusiyalı oliqarxlar - Mixail Fridman və Pyotr Aven Lüksemburqdakı Avropa Məhkəməsinə müraciət ediblər:
"Aven və Fridman Ukraynada genişmiqyaslı müharibəyə görə AB sanksiyalarına məruz qalıb. Bununla bağlı rus oliqarxları Avropa Birliyi Şurasına qarşı iddialar qaldırıblar. Avenin iddiası mayın 23-də, Fridmanın iddiası isə mayın 24-də qeydə alınıb", - məlumatda deyilir.
Qeyd edək ki, "Forbes" Avenin sərvətini 4,6 milyard dollar, Fridmanın isə 12,9 milyard dollar olaraq qiymətləndirib.(axar.az)
















