• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Rus hərbçilər deputatı qaçırdılar

DÜNYA

01 May 2022 | 13:43

Rus hərbçilər deputatı qaçırdılar

Rusiya hərbçiləri UKraynanın Xerson vilayətində Novokaxovka şəhər sovetinin deputatı İqor Protokovilonu qaçırıblar.

Bakıvaxtı.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kaxovka şəhər ərazi icması öz feysbuk səhifəsində məlumat yayıb.

“Aprelin 19-da Nova Kaxovka sakini, Novokaxovka Şəhər Sovetinin deputatı Protokovilo İqor Anatolyeviç Rusiya hərbçiləri tərəfindən öz evindən aparılıb”, - məlumatda bildirilir.

Qeyd olunur ki, hələlik Protokovilonun yeri məlum deyil.

Xatırladaq ki, aprelin 30-da Xerson vilayətinin Kaxovka şəhərində Rusiya hərbçiləri məktəbin direktoru Viktor Pendalçuku evdən aparıblar. Onun da harada olduğu bilinmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR