• Bakı 18° C

    6.42 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Rusiya nüvə silahının sınağı üçün təlimlər keçirəcək

DÜNYA

06 May 2024 | 11:46

Rusiya nüvə silahının sınağı üçün təlimlər keçirəcək

Rusiya taktiki nüvə silahının istifadəsini sınaqdan keçirmək üçün təlimlər keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi “Telegram” kanalında bildirib.

Məlumata görə, Prezident Vladimir Putinin göstərişi ilə Rusiya Baş Qərargahı aviasiya və Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə Cənub dairəsinin raket birləşmələrinin təlimlərinə hazırlığa başlayıb.

Ali Baş Komandan müdafiə idarəsinə qeyri-strateji nüvə silahlarının tətbiqinin sınaqdan keçirilməsi üçün təlimlərin keçirilməsi ilə bağlı göstəriş verib.

Onların məqsədi şəxsi heyətin və texnikanın hazırlığını saxlamaq və Rusiyanın ərazi bütövlüyünü və suverenliyini təmin etməkdir.

Bildirilib ki, təlimlər Qərb ölkələrinin rəsmilərinin Rusiyaya qarşı təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olacaq.

Mina Mikayılova


SON XƏBƏRLƏR

18 May 2024