İspaniya, İrlandiya və Norveçdən sonra Sloveniya da Fələstin dövlətini rəsmən tanıyıb.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Sloveniyanın 90 yerlik parlamentində keçirilən səsvermədə Fələstin dövlətinin tanınması haqqında fərman 52 “lehinə” səsi ilə təsdiqlənib.
Qalan deputatlar səsvermədə iştirak etməyiblər. Sloveniyanın Baş naziri Robert Qolob səsvermədən əvvəl verdiyi açıqlamada bildirib ki, ölkəsi bu ilin fevral ayında müttəfiqləri ilə Fələstinin tanınması ilə bağlı danışmağa başlayıb.
Qeyd edək ki, 140-dan çox ölkə, habelə Birləşmiş Millətlər Təşkilatının üçdə ikisindən çoxu Fələstin dövlətini tanıyır.
Günel Abbas





jpg-1720159659.webp)










