• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Rusiya onilliklər boyu Britaniya üçün təhlükə olaraq qalacaq”

DÜNYA

17 Iyul 2022 | 17:23

“Rusiya onilliklər boyu Britaniya üçün təhlükə olaraq qalacaq”

“Böyük Britaniya hərbi komandanlığı hesab edir ki, Rusiya onilliklər boyu ölkə üçün təhlükə olaraq qalacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “BBC”yə müsahibəsində Böyük Britaniya Silahlı Qüvvələrinin müdafiə qərargahının rəhbəri, admiral Toni Radakin bildirib.

“Rusiyanın qarşıya qoyduğu çağırış 2022, 2023 və ya 2024-cü ildən daha uzun müddət davam edəcək. Potensial olaraq, söhbət Rusiyanın təhlükə olaraq qalacağı onilliklərdən gedir. Bu, keçən il təqdim etdiyimiz geniş icmalda açıq şəkildə vurğulanıb. Mən hesab edirəm ki, indi Ukraynanın işğalı səbəbindən təhlükə artıb”, - deyə o, əlavə edib.

Radakin həmçinin vurğulayıb ki, hazırda London Rusiyanı öz təhlükəsizliyinə ən ciddi təhdid kimi baxır, baxmayaraq ki, Çinin siyasəti Britaniya hərbçiləri arasında da narahatlıq yaradır.

“Qısamüddətli perspektivdə Rusiyanın quru qoşunlarından gələn təhlükənin azaldığı görünür, lakin Rusiya nüvə dövləti olaraq qalır, kiber imkanlara, kosmik imkanlara və dünya üzrə məlumat daşıyan sualtı kabelləri təhdid etmək üçün xüsusi sualtı proqramlara malikdir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026